“Corona” pivəsinin istehsalı dayandırıldı
Maraqlı
- 03 aprel, 2020
- 09:06
Meksika hökuməti “Corona” brendli pivəni iqtisadiyyat üçün önəmsiz hesab edir və şirkət əməkdaşlarına aprelin 30-dək işləməyi yasaqlayıb.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Meksikanın pivə istehsalı şirkəti olan “Grupo Modelo” “Corona” və digər brendli pivələrin hazırlanmasını dayandıracaq.
Məlumata görə, buna səbəb ölkədə koronavirusla əlaqədar görülən karantin tədbirləridir. Hökumət onların fəaliyyətini iqtisadiyyat üçün həyati vacib saymır.
Bundan başqa, “Heineken”in Meksikada buraxdığı “Tecate” və “Dos Equis” pivələrinin də istehsalının dayandırılacağı güman edilir.
Qeyd edək ki, Meksikada koronavirusa yoluxma faktlarının rəsmi sayı 1 500-dən çoxdur. Virus qurbanlarının sayı isə ötən gün 50-yə çatıb.
Son xəbərlər
01:02
Foto
"İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
Mədəniyyət siyasəti00:57
Çempionlar Liqası: "Arsenal" və "Bavariya" yarımfinalda
Futbol00:22
Bessent: Hörmüz boğazı açıldıqdan sonra ərəb ölkələri neft tədarükünü bərpa etməyə hazırdır
Digər ölkələr00:00
Foto
Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var
Hadisə23:55
İsrail ordusu İran və Livanla bağlı gələcək planlarını təsdiqləyib
Digər ölkələr23:45
Foto
Rabat şəhərində "Azərbaycandan ilhamlanaraq: Mərakeş baxışı" adlı sərginin açılışı keçirilib
Mədəniyyət siyasəti23:32
"USA Today": Pentaqon gizli şəkildə Kubada mümkün əməliyyata hazırlaşır
Digər ölkələr23:29
Foto
"Akinak" tarixi bədii filminin premyerası böyük maraqla qarşılanıb
Mədəniyyət23:20