Yuxarı

Çində fil 15 avtomobili əzib - VİDEO

Yerli qoruqdan qaçan fil turistlərin park edilmiş avtomobillərini əzə-əzə yoluna davam edib

Bakı. 13 fevral. REPORT.AZ/ Çində qoruqdan kənara çıxan fil turistlərlə dolu əraziyə gələrək onların park edilmiş avtomobillərini əzib.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, hadisə Çinin cənub-qərbindəki Yuannan vilayətində baş verib.

Çjusunya ləqəbli dişi fil yerli qoruqdan qaçdıqdan sonra 20 dəqiqəyə turistlərlə dolu olan yerə çatıb. Yol kənarında park edilmiş avtomobilləri görən heyvan onları əzə-əzə yoluna davam edib. Fil ümumilikdə 15 nəqliyyat vasitəsinə zərər vurub.

Bir müddət sonra acan fil yenidən qidalanmaq üçün qoruğa geri dönüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi