Çində fil 15 avtomobili əzib - VİDEO

Çində fil 15 avtomobili əzib - VİDEO Yerli qoruqdan qaçan fil turistlərin park edilmiş avtomobillərini əzə-əzə yoluna davam edib
Maraqlı
13 Fevral , 2016 12:18
Çində fil 15 avtomobili əzib - VİDEO

Bakı. 13 fevral. REPORT.AZ/ Çində qoruqdan kənara çıxan fil turistlərlə dolu əraziyə gələrək onların park edilmiş avtomobillərini əzib.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, hadisə Çinin cənub-qərbindəki Yuannan vilayətində baş verib.

Çjusunya ləqəbli dişi fil yerli qoruqdan qaçdıqdan sonra 20 dəqiqəyə turistlərlə dolu olan yerə çatıb. Yol kənarında park edilmiş avtomobilləri görən heyvan onları əzə-əzə yoluna davam edib. Fil ümumilikdə 15 nəqliyyat vasitəsinə zərər vurub.

Bir müddət sonra acan fil yenidən qidalanmaq üçün qoruğa geri dönüb.

Son xəbərlər

Orphus sistemi