Yuxarı

​Çili sahillərində 40-a yaxın balinanın cəsədi aşkarlanıb

Onların sahilə çıxma səbəbi hələ ki bilinmir

Bakı. 9 may. REPORT.AZ/ Çilinin cənub sahillərində azı 37 balinanın cəsədi aşkarlanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çilinin Milli Balıqçılıq Xidməti məlumat yayıb.

Balinalar sudan sahilə çıxıblar. Hadisənin baş vermə səbəbi hələ ki məlum deyil. 

Mütəxəssislər balinaların iki həftə öncə sahilə atıldıqlarını ehtimal edirlər, ancaq yerli iqlim şəraiti onların ölüm səbəbini dəqiqləşdirməyə imkan vermir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi