Bakı. 9 may. REPORT.AZ/ Çilinin cənub sahillərində azı 37 balinanın cəsədi aşkarlanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çilinin Milli Balıqçılıq Xidməti məlumat yayıb.
Balinalar sudan sahilə çıxıblar. Hadisənin baş vermə səbəbi hələ ki məlum deyil.
Mütəxəssislər balinaların iki həftə öncə sahilə atıldıqlarını ehtimal edirlər, ancaq yerli iqlim şəraiti onların ölüm səbəbini dəqiqləşdirməyə imkan vermir.