​Cənubi Koreya KİV-i Kim Çen Inın qardaşını axtarır

​Cənubi Koreya KİV-i Kim Çen Inın qardaşını axtarır Ehtimal edilir ki, o, Londondan Moskvaya, oradan Pekinə, Çindən isə vətəninə uçub
Maraqlı
23 May , 2015 13:43
​Cənubi Koreya KİV-i Kim Çen Inın qardaşını axtarır

Bakı. 23 may. REPORT.AZ/ Cənubi Koreya KİV-i Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Çxolun qaldığı yeri axtarır.

"Report" xəbər verir ki, bu haqda "Renxap" məlumat yayıb.

Xəbərə görə, Kim Çen Inın qardaşı bu il mayın 20-də Londonda britaniyalı musiqiçi Erik Kleptonun konsertində görünüb. Səhəri gün o, yenidən həmin gitaraçının konsertinə gedib. Xəbərə görə, KİV təmsilçiləri bundan sonra onun izini itiriblər.

Ehtimal edilir ki, o, Londondan Moskvaya, oradan Pekinə, Çindən isə vətəninə uçub.

KİV-in məlumatına əsasən, Kim Çen Çxol London - Moskva reysində qeydiyyatdan keçməyib. 

Son xəbərlər

Orphus sistemi