Yuxarı
    Bağlamaq

    Britaniyalı bazardan təsadüfən 4 min il yaşı olan fincan alıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ İngiltərəli Karl Martin antilop şəkilləri ilə bəzədilmiş dulusçu fincanı alıb və onu diş fırçaları üçün altlıq kimi istifadə edib. Lakin sonradan o, təsadüfən fincanın 4 min yaşının olduğunu öyrənib.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "LiveScience" nəşri yazıb.

    Bildirilir ki, fincan "bit bazarı" ilə gəzinti zamanı Karlın diqqətini cəlb edib və onu dibçək əvəzi 5 dollara alıb.

    Yalnız bir neçə ildən sonra hərrac evində işə düzələn Martin qədim lotlara diqqət yetirib və onların evdəki fincana çox bənzədiyini görüb. Ekspert təhlili göstərib ki, fincan 4 min il əvvəl müasir Əfqanıstan ərazisində hazırlanıb.

    "Bu o deməkdir ki, fincanın təqribən 4000 min il yaşı var — kasa Miladdan 2 min il əvvəl hazırlanıb. Bu heyrətamizdir. Lakin fincanın Cənubi Derbişdə avtomobil satılan yerə necə gəlib çıxdığını heç vaxt bilməyəcəyəm", - deyə Karl Martin əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi