Yuxarı

​Britaniya əhalisinin sayına görə 45 ildən sonra Avropada birinci olacaq

Hazırda Avropa İttifaqı əhalisinin sayı 507 milyon nəfərdir

Bakı. 13 may. REPORT.AZ/ Böyük Britaniya 45 ildən sonra Avropa İttifaqında (Aİ) əhalisinin sayına görə birinci yerdə olacaq.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Komissiyasının hesabatında bildirilib.

Araşdırmaya əsasən, 2060-cı ildə Britaniya əhalisinin sayı 80,1 milyon nəfər olacağı gözlənilir. Məlumata görə, ötən il krallığın əhalsinin sayı 64,1 milyon nəfər olub.

Hazırda əhalisinin sayı 81,3 milyon nəfər olan Almaniya Aİ-də birinci yerdədir.

Fransanın əhalisinin sayı 65,7 milyon nəfərdir. 2060-cı ildə onların sayının 75,7 milyon nəfər olacağı proqnozlaşdırılır.

Hazırda Avropa İttifaqı əhalisinin sayı 507 milyon nəfərdir. Hesab edilir ki, 45 ildən sonra bu rəqəm 523 milyon nəfərə çatacaq. İttifaqda yaşı 65-dən yuxarı olanlar ümumi əhalinin 18%-ni təşkil etdiyi halda, 2060-cı ildə həmin göstəricinin 28% olacağı proqnozlaşdırılır.

Hesabata əsasən, Aİ-də uzunömürlülük də artacaq. Komissiyanın hesablamasına görə, 45 ildən sonra quruma üzv dövlətlərdə qadınların orta yaşı 89,1 il, kişilərin orta yaş həddi isə 84 il olacaq.

Xəbərdə bildirilib ki, hazırda Aİ-də qadınların orta yaş həddi 79,1 il, kişilərin orta yaş həddi isə 77,6 ildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi