Bir qapının sirri 70 ildən sonra açılıb

Bir qapının sirri 70 ildən sonra açılıb Əşyalar Usti nad Labemdəki muzeylərdən birinə veriləcək
Maraqlı
27 Avqust , 2015 20:22
Bir qapının sirri 70 ildən sonra açılıb

Bakı. 27 avqust. REPORT.AZ/ Çexoslovakiyadakı evinə dönən Rudi Şlattner qonaqlarına 70 ilin sirrini açıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, II Dünya müharibəsindən sonra almanların Çexoslovakiyadan qovulmasına qərar verilib. Rudi Şlattnerin ailəsi də onlardan biri olub.

O, 70 ildən sonra həmin evə gəlib. Rudi Şlattner evin tavanındakı bir ipi təsadüfən çəkəndə bir qapı açılır. Orada evi tərk edərkən atasının gizlətdiyi çoxlu sayda əşylar aşkarlanır. Əşyalar arasında corablar, kitablar da olub.

Atasının gizlətdiyi və 70 ildən sonra aşkarlanan həmin əşyalar Usti nad Labemdəki muzeylərdən birinə veriləcək.

Həmin əşyaların fotolarını təqdim edirik.

Son xəbərlər

Orphus sistemi