Bill Gates dünyanın ən varlı adamı olaraq qalır

Bill Gates dünyanın ən varlı adamı olaraq qalır Microsoft şirkətinin banisi 16-cı dəfə Forbes jurnalının varlılar siyahısının lideri olub
Maraqlı
3 Mart , 2015 01:37

Bakı. 3 mart. REPORT.AZ/ Bil Qeyts 16-cı dəfə Forbes jurnalının tərtib etdiyi milyarderlər reytinqininə başçılıq edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, B.Qeyts-in sərvəti 2014-ci ilin fevralından bu günədək 3 milyard dollar artaraq 79 milyard dollar təşkil edib.

Forbes məcmuəsində deyilir ki, indi bütün dünyada 1826 milyarder var. Beləliklə onların sayı son 12 ayda 181 nəfər artıb.

Reytinqdə ikinci yeri yenə də Meksikalı iç adamı Carlos Slim qazanıb.

Əfsanəvi ABŞ sərmayəçisi Uoren Baffet 72, 7 milyard dollarlıq sərvəti ilə üçüncülüyü İspaniyanın "Zara" dəbli geyim şəbəkəsinin sahibi Amancio Ortega-dan geri alıb.

Facebook-un yaradıcısı Mark Zuckerberg siyahıda 5 pillə yüksələrək 16-cı yerə qalxıb. Onun sərvəti 33, 4 milyard dollardır.

Milyarderlər siyahısında ən gənc şəxs mesajlaşma aplikasiyası Snapchat-ı yaradan 24 yaşlı Evan Spiegel-dir. Onun 1, 5 milyard dolları var.

Rusiyanın Lukoil şirkətinin rəhbəri Vagit Ələkbərov 16, 2 milyard dollarla 96-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi