Yuxarı

​Belçikanın Brügge şəhərində yeraltı pivə kəməri çəkiləcək

Pivə istehsalı ilə məşğul olan sahibkarlardan birinin ideyası bələdiyyə tərəfindən müsbət qarşılanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Belçikanın Brügge şəhərində tezliklə 3 kilometr uzunluğunda pivə kəməri çəkiləcək.

"Report" "Euronews"a istinadən xəbər verir ki, pivə istehsalı ilə məşğul olan sahibkarlardan birinin ideyası bələdiyyə tərəfindən müsbət qarşılanıb.

Pivə nəqli üçün nəzərdə tutulan boru kəməri tarixi şəhərin mərkəzində yük maşınlarının sayını beş yüzə qədər azaldacaq. Boru kəməri polietilendən hazırlanacaq.

Yeraltı boru kəmərinin tikintisinə bu il başlanacaq. Boru kəməri 500 illik ənənəyə malik pivə zavodunu qablaşdırma müəssisəsi ilə birləşdirəcək.

Pivə kəmərinin maksimum gücü saatda 6 min litr təşkil edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi