​Belçikanın Brügge şəhərində yeraltı pivə kəməri çəkiləcək

​Belçikanın Brügge şəhərində yeraltı pivə kəməri çəkiləcək Pivə istehsalı ilə məşğul olan sahibkarlardan birinin ideyası bələdiyyə tərəfindən müsbət qarşılanıb
Maraqlı
5 Yanvar , 2015 21:45
​Belçikanın Brügge şəhərində yeraltı pivə kəməri çəkiləcək
Bakı. 5 yanvar. REPORT.AZ/ Belçikanın Brügge şəhərində tezliklə 3 kilometr uzunluğunda pivə kəməri çəkiləcək.

"Report" "Euronews"a istinadən xəbər verir ki, pivə istehsalı ilə məşğul olan sahibkarlardan birinin ideyası bələdiyyə tərəfindən müsbət qarşılanıb.

Pivə nəqli üçün nəzərdə tutulan boru kəməri tarixi şəhərin mərkəzində yük maşınlarının sayını beş yüzə qədər azaldacaq. Boru kəməri polietilendən hazırlanacaq.

Yeraltı boru kəmərinin tikintisinə bu il başlanacaq. Boru kəməri 500 illik ənənəyə malik pivə zavodunu qablaşdırma müəssisəsi ilə birləşdirəcək.

Pivə kəmərinin maksimum gücü saatda 6 min litr təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi