Yuxarı

​Belarus sirkində fil tamaşaçılar tərəfə yıxılıb - VİDEO

Hadisə sirk nömrəsi zamanı baş verib

Bakı. 11 iyul. REPORT.AZ/ Belarusun Moqilyov şəhərində sirkdə təqdimat zamanı fil iki metrlik hündürlükdən yerə yıxılıb.

“Report” xəbər verir ki, hadisə "Dziva" sirkində qeydə alınıb.

Təlim keçmiş fil növbəti nömrəni yerinə yetirən zaman yıxılıb. Videoda görünür ki, heyvan ilk sıralarda əyləşən tamaşaçılar tərəfə aşıb.

Hadisə zamanı tamaşaçılar və artistlər arasında xəsarət alan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi