Yuxarı

“Anonymous” qrupuna bağlı hakerlər cihada müharibə elan ediblər

Hakerlər sosial şəbəkələrdə, cihadçı və terrorçu qruplaşmalara aid hesablara hücumlar edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ İnternetdə “Anonymous” adı ilə tanınan hakerlər qrupu Fransada “Charlie Hebdo” satirik jurnalında törədilmiş qətllərin qisasını cihadçı saytlara hücumlarla alacağını bəyan edib.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, “Anonymous” qrupunun internetdə yaydığı videoda deyilir ki, “ifadə azadlığı qeyri-insani basqına” məruz qalıb. Qrup bu videonu tvitter vasitəsilə yayıb.

Videoklipdə qrupun simvolik qiyafəsi olan Guy Fawkes maskası geyinmiş şəxs “Charlie Hebdo əməliyyatının” təfərrüatlarını izah edir.

Videoda səsi dəyişdirilmiş fiqur “Biz sizə müharibə elan edirik, terrorçular” deyir.

Bəyanatda bildirlir ki, haker qrupu sosial şəbəkələrdə, cihadçı və terrorçu şəxslərə və qruplaşmalara aid hesablara hücumlar edəcək və bu hesabları bağlayacaq.

Videoda həmçinin Paris terror aktları zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilir.

“Anonymous” qrupu keçmişdə bir sıra hökumətlərin, dini qrup və şirkətlərin saytlarına haker hücumları edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi