Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO Maşınların hərəkəti güzgü ilə tənzimlənir
Maraqlı
28 Fevral , 2017 07:58
Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

Ağstafa. 28 fevral. REPORT.AZ/ Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.

"Report"un Qərb bürosu xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.

O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.

"Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib.

Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi