Yuxarı

ABŞ-da Musa peyğəmbərin həyatından bəhs edən film qalmaqal yaradıb

Köç: Tanrılar və Krallar filmi irqçilikdə təqsirləndirilib

Bakı.1 dekabr. REPORT.AZ/ Dünyanın maraqla gözlədiyi Musa peyğəmbərin həyatından bəhs edən  "Köç: Tanrılar və Krallar" filminin ABŞ-da təqdimati keçirilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, film ilk təqdimatı ilə birlikdə böyük müzakirələrə yol açıb. Belə ki, "Köç: Tanrılar və Krallar" filmi irqçilikdə təqsirləndirilib. Buna səbəb "Tövrat"ın bəzi hissələrindən ilhamlanaraq yazılan ssenariyə baş rollar üçün Christian Bale, Sigourney Weaver və Aaron Paul kimi ağdərili aktyorlar seçildiyi halda, kölə rollarını zənci aktyorların ifa etməsi olub. Filmi izləyənlər bu səhnə əsərini Hollivud üçün irqçi və alçaldıcı bir nümunə kimi xarakterizə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi