ABŞ-da Musa peyğəmbərin həyatından bəhs edən film qalmaqal yaradıb

ABŞ-da Musa peyğəmbərin həyatından bəhs edən film qalmaqal yaradıb "Köç: Tanrılar və Krallar" filmi irqçilikdə təqsirləndirilib
Maraqlı
1 Dekabr , 2014 20:49
ABŞ-da Musa peyğəmbərin həyatından bəhs edən film qalmaqal yaradıb

Bakı.1 dekabr. REPORT.AZ/ Dünyanın maraqla gözlədiyi Musa peyğəmbərin həyatından bəhs edən  "Köç: Tanrılar və Krallar" filminin ABŞ-da təqdimati keçirilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, film ilk təqdimatı ilə birlikdə böyük müzakirələrə yol açıb. Belə ki, "Köç: Tanrılar və Krallar" filmi irqçilikdə təqsirləndirilib. Buna səbəb "Tövrat"ın bəzi hissələrindən ilhamlanaraq yazılan ssenariyə baş rollar üçün Christian Bale, Sigourney Weaver və Aaron Paul kimi ağdərili aktyorlar seçildiyi halda, kölə rollarını zənci aktyorların ifa etməsi olub. Filmi izləyənlər bu səhnə əsərini Hollivud üçün irqçi və alçaldıcı bir nümunə kimi xarakterizə ediblər.

Son xəbərlər

Orphus sistemi