Yuxarı

ABŞ-da 12 tonluq döyüş robotu hazırlanıb - VİDEO

ABŞ-da 12 tonluq döyüş robotu hazırlanıb - VİDEO
Avqustda ABŞ və Yaponiya robotların ilk dueli olacaq

Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-da 12 ton ağırlığında olan “Eagle Prime” adlı döyüş robotu hazırlanıb. 

“Report” "Lenta.ru"ya istinadən xəbər verir ki, onun hündürlüyü 5 metrdir.

Robota ilk dəfə baxış keçirilib. Onu kabinasında oturan iki pilot idarə edir. Robotuun mühərriyi 430 at gücündədir.

İnformasiyaya əsasən, ABŞ və Yaponiya robotlarının ilk dueli avqustda keçiriləcək. Bundan başqa, “Eagle Prime”nin Çinin “Monkey King” adlı robotu ilə döyüşü nəzərdə tutulub. Bu qarşılaşmanın tarixi hələ açıqlanmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi