2017-ci ilin ən yaxşı aktyorunun adı açıqlanıb

2017-ci ilin ən yaxşı aktyorunun adı açıqlanıb Siyahı Vulture nəşri tərəfinən tərtib edilib
Maraqlı
9 Dekabr , 2017 07:32
2017-ci ilin ən yaxşı aktyorunun adı açıqlanıb
.infomagaz.com

Bakı. 9 dekabr. REPORT.AZ/ 2017-ci ildə ən yaxşı aktyorun adı açıqlanıb.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, siyahı "Vulture" nəşri tərəfindən tərtib edilib.

“Qızıl” siyahıya 21 yaşlı aktyor Timoti Şalame layiq görülüb. O, ”Məni öz adınla çağır” filmində oynayıb.

İkinci yerə “Quş qadın” filmində yer alan irland aktrisa Sirşa Ronan layiq görülüb. İlk onluğa həmçinin həmin filmdə oynayan amerikalı aktrisa Lori Metkalf da düşüb. O, reytinqdə yeddinci yer tutub.

İlk üçlüyə həmçinin “Florida layihəsi” adlı dramda oynayan Uilyam Defo daxil olub. Beşinci yerə Defonun filmdəki tərəf müqabili aktrisa Bruklin Prins layiq görülüb.

Siyahıya bununla yanaşı, Ceyms Franko (Fərsiz yaradıcı), Sintiya Nikson, Daniel Kaluya (Rədd ol) və “Buzlu ləşər” filmində rol alan Marqo Robbi və Elison Cenni də daxil olublar. 

Son xəbərlər

Orphus sistemi