Zaqatala sakini Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb

Zaqatala sakini Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb Zaqatala sakini Sahib Şahmalıyev Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb.
Maraqlı
14 Aprel , 2023 15:31
Zaqatala sakini Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb

Zaqatala sakini Sahib Şahmalıyev Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb.

​​"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 47 yaşlı S.Şahmalıyev uzaqdan idarə olunan istilik sisteminin hazırlanmasına bir ildən artıq vaxt sərf edib.

Onun bu ideyası görənlərin marağına səbəb olub. Evdə istifadə olunan istilik sistemi smartfon vasitəsilə dünyanın hər yerindən idarə oluna bilir.

​Belə ki, ixtiraçı kombi aparatına yeni idarəetmə funksiyaları əlavə edib. Hətta telefonla dünyanın istənilən nöqtəsindən Zaqatalada olan evinə quraşdırdığı kombini asanlıqla idarə edə bilir.

O, kombinin funksiyalarını telefona köçürməklə bütün iş rejiminə nəzarəti ələ alıb. Kombinin işə salınması, söndürülməsi, suyunun doldurulub-boşaldılması və digər bütün funksiyalar uzaqdan idarə oluna bilir. Layihənin adı "Smartfon Kombi Virtual İdarəetmə və Nəzarət Sistemi" adlanır.

Müəllif bildirib ki, bu sistemlə internet şəbəkəsi mövcud olan yerdə kombinin bütün funksiyalarını həm idarə etmək, həm də onun işinə nəzarət etmək mümkündür:

"Bunun vasitəsilə evimizin istiliyinə kənardan tam şəkildə nəzarəti apara bilirik. Bu layihəni hazırlamaq üçün kombinin bütün elektron sistemlərini cəmləşdirdim. Hazırda smartfonumuz vasitəsilə suyun təzyiqinə nəzarət edə bilirik. Eləcə də ekranda kombinin daxili iş funksiyalarına nəzarəti aparmaq olur. Kombidə yaranan xətaları kənardan itirə və yenidən işini təmin edə bilirik".

S.Şahmalıyev deyir ki, Azərbaycanda buna oxşar layihə yoxdur. Onun sözlərinə görə, layihə dünyada istifadə edilən yeni kombilərdə mövcud olsa da, həmin smartfonlar bu qədər funksiyaya sahib deyil.

İxtiraçı bu layihəni yaxın zamanlarda avtomobildə də tətbiq edəcəyini söyləyib. O bildirib ki, bununla da avtomobil smartfon vasitəsilə idarə olunacaq.

Son xəbərlər

Orphus sistemi