Yer kürəsinə beş asteroid yaxınlaşır

Yer kürəsinə beş asteroid yaxınlaşır Bu həftə Yer planetinə beş asteroid yaxınlaşır, bu halda onlardan ikisi Aydan yaxın olacaqlar.
Maraqlı
17 Dekabr , 2020 01:36
Yer kürəsinə beş asteroid yaxınlaşır

Bu həftə Yer planetinə beş asteroid yaxınlaşır, onlardan ikisi Aydan yaxın olacaqlar.

Bu barədə “Report” NASA-ya istinadən xəbər verir.

Qeyd edilir ki, üç asteroid dekabrın 16-da (ABŞ vaxtı ilə) Yer kürəsinə yaxınlaşacaq. Onların diametri 10-24 metr təşkil edir. Asteroidlərdən ən yaxını Yer kürəsindən 343 min kilometr məsafədə keçəcək.

Diametri 6,8 metr və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaqlar. Onlardan daha kiçiyi planetimizdən 57,1 min kilometr məsafədən keçəcək.

Son xəbərlər

Orphus sistemi