Bakı. 8 yanvar. REPORT.AZ/ Yeni Zelandiyada mühərriki dayanan təyyarənin sərnişinləri və pilotları qəzadan saylı dəqiqələr əvvəl özlərini aşağı ataraq xilas ola biliblər.
"Report" xəbər verir ki, təyyarənin mühərriki dayanan kimi, o, gölə düşməyə başlayıb.
Göyərtədə olan 13 sərnişin və heyət üzvləri xilasedici paraşütlərdən istifadə edərək uğurlu şəkildə eniş ediblər. Gölə düşən təyyarə yanmağa başlayıb və batıb.