Yaşamaq üçün dünyanın ən bahalı şəhərlərinin adı açıqlanıb

Yaşamaq üçün dünyanın ən bahalı şəhərlərinin adı açıqlanıb Britaniyanın "Economist Intelligence Unit" elmi-tədqiqat mərkəzi dünya şəhərlərində yaşayışın dəyəri barədə növbəti araşdırmasını dərc edib
Maraqlı
10 Mart , 2016 12:41
Yaşamaq üçün dünyanın ən bahalı şəhərlərinin adı açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Sinqapurun eyniadlı paytaxt şəhəri ardıcıl 3-cü dəfə yaşamaq üçün dünyanın ən bahalı şəhəri seçilib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Economist Intelligence Unit" elmi-tədqiqat mərkəzinin dərc etdirdiyi dünya şəhərlərində yaşayışın dəyəri barədə növbəti araşdırmasında məlumat verilir.

Hesabatda qida məhsulları, geyim, ev əşyaları, kosmetik, ev kirayəsi, nəqliyyat xərcləri, məktəb və uşaq bağçasına ödənişlər kimi 160 adlı məhsul və xidmətin qiyməti nəzərə alınıb.

Araşdırmanın nəticələrinə görə, Sinqapurda nəqliyyat xərcləri Nyu Yorkdakından 2,5 dəfə baha başa gəlir. Siyahıda ilk üçlüyə, həmçinin Sürix və Honkonq daxil olub.

İlk onluqda eyni zamanda Paris, London, Nyu York, Kopenhagen, Seul və Los-Anceles də var.

Son xəbərlər

Orphus sistemi