Yaponiyada qadın 5 il bundan qabaq yoxa çıxan qardaşının skeletini tapdı

Yaponiyada qadın 5 il bundan qabaq yoxa çıxan qardaşının skeletini tapdı Yaponiyada qadın evlərini təmizləyərkən bir neçə il əvvəl yoxa çıxan qardaşının skeletini tapıb.
Maraqlı
21 Avqust , 2020 08:32
Yaponiyada qadın 5 il bundan qabaq yoxa çıxan qardaşının skeletini tapdı
0 : 00
0 : 00

Yaponiyada qadın evlərini təmizləyərkən bir neçə il əvvəl yoxa çıxan qardaşının skeletini tapıb.

"Report" xəbər verir ki, bu barədə SoraNews24 məlumat yayıb. 

Belə ki, Kasuqai şəhərində yaşayan 66 yaşlı Sumio Suenaqa adlı kişi 2015-ci ildə itkin düşür. O, kiçik bacısı və qardaşı ilə bir evdə yaşayıb.

Onun yaxınları Suenaqanın qayıdacağını düşünərək polisə müraciət etmirlər. Lakin onun bütün axtarışları nəticəsiz qalıb.

5 il sonra itkin düşmüş şəxsin kiçik bacısı evə köçür və otaqları təmizləyərkən skelet görür. 

Daha sonra evə çağrılan müstəntiqlərin skeletin Suenaqaya aid olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi