Yaponiyada göyərçini vuraraq öldürən taksi sürücüsü həbs edilib

Yaponiyada göyərçini vuraraq öldürən taksi sürücüsü həbs edilib Yaponiyanın paytaxtı Tokioda göyərçini qəsdən vuraraq öldürən taksi sürücüsü həbs edilib.
Maraqlı
6 Dekabr , 2023 08:57
Yaponiyada göyərçini vuraraq öldürən taksi sürücüsü həbs edilib

Yaponiyanın paytaxtı Tokioda göyərçini qəsdən vuraraq öldürən taksi sürücüsü həbs edilib.

“Report” xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Məlumata görə, işıqforda gözləyən taksi sürücüsü, 50 yaşlı Ozava Atsuşi, işıqforun yaşıl işığında avtomobilini göyərçinlərin olduğu yerə sürüb.

Saatda təxminən 60 kilometr sürətlə hərəkət edən avtomobil göyərçinlərdən birini vuraraq öldürüb, sürücü isə hadisə yerini tərk edib.

Yaxınlıqdakı piyadaların xəbərindən sonra hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırıb. Məlum olub ki, işıqforda gözləyən taksi sürücüsü sonradan qəfil sürəti artıraraq avtomobili göyərçinlərin üstünə sürüb. İstintaq müəyyən edib ki, peşəkar sürücü avtomobilin sürət həddini qəsdən artıraraq maşını göyərçinlərə tərəf sürüb və bu hərəkət “son dərəcə qərəzli” olub.

Polisdə dindirilərkən törətdiyi cinayəti etiraf edən Ozava deyib ki, yol piyadalarındır və quşlar buna mane olmamalıdır.

Sürücü göyərçini qəsdən öldürmək və vəhşi təbiət qanununu pozmaq ittihamı ilə həbs edilib.

Son xəbərlər

Orphus sistemi