"WhatsApp"da yeni funksiya yaradılacaq

"WhatsApp"da yeni funksiya yaradılacaq WhatsApp istehsalçıları müəyyən vaxt sonra istifadəçinin mesajlarını avtomatik silməyə imkan yaradan yeni funksiyanı yoxlayırlar.
Maraqlı
363
26 Noyabr , 2019 08:51
WhatsAppda yeni funksiya yaradılacaq

"WhatsApp" istehsalçıları müəyyən vaxt sonra istifadəçinin mesajlarını avtomatik silməyə imkan yaradan yeni funksiyanı yoxlayırlar.

Bu barədə "Report" "WABetaInfo" portalına istinadən xəbər verir.

Bildirilir ki, mesajların silinməsi seçimi "Android" əməliyyat sistemi üçün "Beta messencer 2.19.348" versiyasında çıxıb. Bu funksiya qismən əvvəlki proqramın beta versiyası üzərində reallaşdırılıb.

"Messencer"in test versiyasında funksiyanı "Əlaqələr haqqında informasiya" proqramına və ya "Çatın qrup kökləmələri"nə daxil etmək olar.

Bu halda istifadəçi mesajın qalma müddətini müxtəlif - saat, gün, həftə, ay və il vaxtına əsasən seçə biləcək. İstifadəçinin seçdiyi müddətdən sonra mesajlar avtomatik silinəcək. 

Son xəbərlər

Orphus sistemi