Viktoriya Bekhem biznesini qurtarmaq üçün kredit götürdü

Viktoriya Bekhem biznesini qurtarmaq üçün kredit götürdü Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem öz biznesini qurtarmaq üçün 6,4 milyon funt sterlinq (7,9 milyon ABŞ dolları) kredit götürüb.
Maraqlı
19 iyun 2020 23:53
Viktoriya Bekhem biznesini qurtarmaq üçün kredit götürdü

Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem öz biznesini qurtarmaq üçün 6,4 milyon funt sterlinq (7,9 milyon ABŞ dolları) kredit götürüb.

“Report” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, son dörd il ərzində V. Bekhem geyim markası 52 milyon ABŞ dollar zərərlə işləyib. 

Bundan əlavə, 2020-ci ildə koronavirus pandemiyası dövründə biznes iflasla üzləşə bilərmiş.

Qeyd olunub ki, sabiq futbolçu Devid Bekhem həyat yoldaşının biznesini xilas etmək üçün 2019-cu ildə 20 milyon ABŞ dolları xərcləyib. 

Son xəbərlər

Orphus sistemi