Vacib qərarı püşklə müəyyənləşdirənlər çox vaxt buna əməl edir və qərardan razı qalırlar.
“Report” “EurekAlert!”ə istinadən xəbər verir ki, bu barədə Çikoqo Universitetinin araşdırmasında deyilir.
Məlumata görə, məşhur “Frikonomika” kitabının müəllifi, iqtisadçı Stiven Levitt arzu edən şəxslərin həyatlarından silsilə suallara cavab verə biləcəyi
Həmçinin istifadəçilər öz suallarını da əlavə edə bilərdilər. Bu, hipotetik vəziyyətlər deyil, insanların qarşılaşdığı gerçək problemlər idi. Saytda qərarı püşk vasitəsilə müəyyənləşdirmək olar.
Bildirilib ki, 2 ay və yarım il sonra istifadəçilərdən vacib qərarın nəticəsi soruşulub. 6 ay sonra məlum olub ki, qərarını püşkə qoyanlar digərlərindən daha aktiv fəaliyyətə keçiblər. Üstəlik, onlar özlərini daha xoşbəxt və qərarından razı hiss ediblər.