Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağaldı - FOTO

Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağaldı - FOTO Türkiyə vətəndaşı 107 yaşlı Həvaxan Karadeniz dünyada koronavirus qalib ən yaşlı qadınlardan biri olub.
Maraqlı
18 Aprel , 2020 18:34
Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağaldı - FOTO

Türkiyə vətəndaşı 107 yaşlı Həvaxan Karadeniz dünyada koronavirus qalib ən yaşlı qadınlardan biri olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, güclü öskürək və yüksək temperaturdan şikayət edən qadın aprelin 7-də İstanbul Elmi-Tədqiqat Klinikasına yerləşdirilib. Onun koronavirus testi müsbət olub.

Karadeniz bir həftə sonra xəstəxanadan buraxılıb. Xəstəxananın tibb personalı Karadenizin qısa müddət ərzində təhlükəli xəstəliyə qalib gələ bilməsindən təəccüblənib. Həkimlərin fikrincə, qadına güclü immun sistemi kömək edib.

İndi o evində 14 günlük karantindədir.

Karadenizin dörd övladı, on bir nəvəsi və on beş nəticəsi var. Onun nəvələrindən biri tezliklə baba olacaq.

Son xəbərlər

Orphus sistemi