Türkiyə telekanalı körpəni sakitləşdirən azərbaycanlı sürücü ilə bağlı süjet hazırlayıb
Türkiyə telekanalı körpəni sakitləşdirən azərbaycanlı sürücü ilə bağlı süjet hazırlayıbBakı şəhərində ictimai nəqliyyatı idarə edən sürücü sərnişinin ağlayan körpəsini sakitləşdirmək üçün avtobusu dayandırıb.
Bakı şəhərində ictimai nəqliyyatı idarə edən sürücü sərnişinin ağlayan körpəsini sakitləşdirmək üçün avtobusu dayandırıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı süjet hazırlayıb.
“6 ildir avtobus sürücüsü olan Oqtay Novruzov nəqliyyat vasitəsindəki körpənin dayanmadan ağlamasına görə ailəsindən icazə alaraq onu qucağına aldı. Onu avtobus içində gəzdirərək sakitləşdirdi. Qısa müddətdə ağlamağını dayandıran körpə ailəsinə təhvil verildi. Görüntülər sosial mediada geniş yayıldı, şoferin bu hərəkəti təqdirəlayiq görüldü”, - süjetdə qeyd olunub.
Bundan başqa, telekanalın yayımında O.Novruzovun 2017-ci ildə vəziyyəti pisləşən epilepsiya xəstəsi olan sərnişinə ilkin müdaxilə göstərərək həyatını xilas etdiyi vurğulanıb.
Azerbaycanlı otobüs şoförü Oktay Novruzov davranışıyla takdir topladı. Görüntüler kısa sürede sosyal medyanın gündemine oturdu. pic.twitter.com/pPjQmFq9kG