Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Boğaziçi körpüsündə intihar etmək istəyən vətəndaşın həyatını qurtarıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ölkə prezidenti İstanbulda Həzrəti Əli məscidində cümə namazını qıldıqdan sonra Beşiktaşdakı Mabeyn iqamətgahına doğru gedərkən Boğaziçi körpüsündə dayanıb. Bu zaman onun cangüdənləri intihar etmək istəyən bir nəfəri görərək ona yaxınlaşıblar. Ərdoğan oturduğu avtomobilin pəncərəsinin şüşəsini aşağı endirərək həmin adamı yanına çağırıb. O, prezidentin yanına gəlib. Rəcəb Tayyib Ərdoğanın əlini öpərək prezidentə problemini danışıb. Ölkə başçısı ona problemlərinin həll olunacağını vəd edib.
Bundan sonra prezidentin müşaviri Mustafa Varank onu Mabeyn iqamətgahına aparıb.