ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.
Bu barədə "Report"
Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "ləğv mədəniyyətinə qarşı mübarizə", "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", həmçinin sosial şəbəkələrdəki "inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.
“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.
Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.
Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu "mütləq biabırçılıq" və Birləşmiş Ştatlar üçün "alçalma" adlandırıb.