Trampın qızı və kürəkəni gəlirlərinin 20%-dən çoxunu itirib

Trampın qızı və kürəkəni gəlirlərinin 20%-dən çoxunu itirib 2020-ci il və 2021-ci ilin ilk 20 günündə cütlük ümumi gəlirlərinin, təxminən, 120 milyon ABŞ dolları olduğunu bildirib.
Maraqlı
3 Fevral , 2021 11:26
Trampın qızı və kürəkəni gəlirlərinin 20%-dən çoxunu itirib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner 2020-ci ildə gəlirlərinin əhəmiyyətli hissəsini itiriblər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” sənədlərə istinadən məlumat yayıb.

2020-ci il və 2021-ci ilin ilk 20 günündə cütlük ümumi gəlirlərinin təxminən 120 milyon ABŞ dolları olduğunu bildirib. Bu, böyük məbləğ olsa da, əvvəlki dövrə nisbətən 20%-dən çox itki deməkdir. Belə ki, öncəki dövrdə Tramp və Kuşner 156 milyon ABŞ dolları qazanmışdı.

Qeyd olunur ki, cütlük son dərəcə zəngin olmasına baxmayaraq, İvankanın atasının administrasiyasının işinə görə maddi cəhətdən zərərə qatlaşıblar. Keçən ilin sonunda məlum olduğu kimi, sabiq prezidentin qızı atasının dövlət başçısı postundan ayrılmasından sonra öz siyasi karyerasına başlamağı düşünür.

Daha əvvəl Tramp Cozef Baydenin prezidentliyə gəlişindən sonra Ədliyyə Nazirliyinin onu cəzalandırmağa çalışa, bu məqsadlə hədəf kimi üç böyük övladını – kiçik Donald Tramp, Erik Tramp və İvanka Trampı, eləcə də İvankanın həyat yoldaşı Cared Kuşneri seçə biləcəyindən narahat olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi