KİV: Tramp İŞİD liderini təqib edən iti Ağ evə dəvət edib - FOTO

KİV: Tramp İŞİD liderini təqib edən iti Ağ evə dəvət edib - FOTO ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyata kömək etmiş iti Ağ evə dəvət edib.
Maraqlı
274
30 Oktyabr , 2019 05:28
KİV: Tramp İŞİD liderini təqib edən iti Ağ evə dəvət edib - FOTO

ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyata kömək etmiş iti Ağ evə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "The New York Times" məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxsin mətbu orqana verdiyi məlumata görə, ABŞ Prezidenti iti görmək istəyib. Bundan əvvəl isə Tramp özünün "Twitter"dəki səhifəsində itin fotosunu paylaşaraq onun xidmətlərini qeyd edib.

Qeyd edək ki, it əməliyyat zamanı yüngül yaralanıb və hazırda bərpa dövrünü keçir.

Bəzi məlumatlara görə, itin ləqəbi "Konan"dır. Onu Amerikanın komik ustası Konan O Brayenin adı ilə belə adlandırıblar.

Son xəbərlər

Orphus sistemi