“Titanik”in poçtalyonunun cib saatı 116 min dollara satılıb

“Titanik”in poçtalyonunun cib saatı 116 min dollara satılıb “Titanik” gəmisinin qəzaya uğraması nəticəsində həlak olan poçt işçisi Oskar Skott Vudiyə məxsus cib saatı İngiltərədə 98 min funt-sterlinqə (116 min ABŞ dolları) alınıb.
Maraqlı
22 Noyabr , 2022 06:37
“Titanik”in poçtalyonunun cib saatı 116 min dollara satılıb

“Titanik” gəmisinin qəzaya uğraması nəticəsində həlak olan poçt işçisi Oskar Skott Vudiyə məxsus cib saatı İngiltərədə 98 min funt-sterlinqə (116 min ABŞ dolları) alınıb.

"Report" xəbər verir ki, bu barədə BBC Yayım Korporasiyası məlumat yayıb.

Saat Uiltşir qraflığındakı “Henry Aldridge & Sons” hərrac evi tərəfindən keçirilən hərrac zamanı satılıb.

Saatın əqrəbləri gəminin sahibi ilə birlikdə 14 aprel 1912-ci ildə Atlantik okeanının soyuq sularına qərq olmasından az sonra dayanıb. Fəlakətdən 1 ay sonra onları tapıblar və poçtalyonun dul arvadına qaytarıblar.

Bundan başqa, hərracda “Titanik”dən başqa əşyalar da satılıb. Belə ki, lüks restoranın menyusu 50 min funt-sterlinqə (59 min dollar), sərnişinlərin siyahısı isə 41 min funt-sterlinqə (48 min dollar) alınıb. Siyahı, transatlantik uçuş zamanı əlavə pul qazanmağa hazırlaşan və bu məqsədlə mümkün qurbanların siyahısını tərtib edən Corc Bretona məxsus idi.

Şirniyyat boşqabı 20 min funt-sterlinqə (23 min 600 ABŞ dolları), restoran zalından bir sütun parçası isə 23 min funt-sterlinqə (27 min dollar) alınıb.

Qeyd edək ki, “Titanik” gəmisi ilk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Gəminin göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi