Tərtərdə zibillikdən XVIII əsrə aid kilim tapılıb - FOTO

Tərtərdə zibillikdən XVIII əsrə aid kilim tapılıb - FOTO İki yüz ilə yaxın yaşı olan kilim Tarixşünaslıq muzeyinə təhvil verilib
Maraqlı
144
6 Sentyabr , 2016 00:55
Tərtərdə zibillikdən XVIII əsrə aid kilim tapılıb - FOTO

Tərtər. 6 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda yaşı iki əsr əvvələ aid olan qədim klim tapılıb.

Rayon Mədəniyyət və turizm şöbəsinin müdürü Gündüz Mürsəlovun "Report"un "Qarabağ" bürosuna verdiyi məlumata görə, kilim yerli sakin Aybəniz Məmmədova tərəfindən Ədalət Paşayev küçəsindəki məişət tullantıları toplanan ərazidən tapılıb.

Araşdırma zamanı məlum olub ki, həmin kilim XVIII əsrə aiddir. Onun uzunluğu 4, eni isə 1,50 metrə yaxındır.

İki yüz ilə yaxın yaşı olan kilim Tarixşünaslıq muzeyinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi