Təmizləyici vasitələrdə xərçəngə səbəb olan maddə aşkarlandı

Təmizləyici vasitələrdə xərçəngə səbəb olan maddə aşkarlandı Əl təmizləyici jelləriə benzol aşkar edilib
Maraqlı
389
26 Mart , 2021 05:30
Təmizləyici vasitələrdə xərçəngə səbəb olan maddə aşkarlandı

ABŞ-da bir sıra istehsalçıların əl təmizləyici jellərində benzol aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatına görə benzol xərçəngə səbəb olan maddələrdən biridir.

Bu barədə “Report” “Bloomberg” nəşrinə istinadən xəbər verir.

COVID-19 pandemiyasının başlanğıcında çatışmazlıq zamanı satışa çıxarılan təmizləyicilərdə təhlükəli maddə müəyyən edilib. Nəticədə şirkət mütəxəssisləri 168 istehsalçının məhsulunun tərkibini öyrəniblər.

Məhsulların 8 faizində təhlükəli maddənin konsentrasiyası yüksək - milyonda iki hissə olaraq müəyyənləşib. Bu da insanın nisbətən qısa bir müddətdə dözə biləcəyi həddən çoxdur.

Ən yüksək benzol miqdarı 16 markanın məhsullarında tapılıb. Bu antiseptiklərin əksəriyyəti ABŞ-da və Çində istehsal edilib.

Son xəbərlər

Orphus sistemi