Tədqiqatçılar koronavirusun dəyişikliyə uğradığını açıqladılar

Tədqiqatçılar koronavirusun dəyişikliyə uğradığını açıqladılar Yeni koronavirus Çində yayılmağa başlayandan indiyədək xeyli dəyişikliklərə uğrayıb.
Maraqlı
1261
4 Mart , 2020 14:55
Tədqiqatçılar koronavirusun dəyişikliyə uğradığını açıqladılar

Yeni koronavirus Çində yayılmağa başlayandan indiyədək xeyli dəyişikliklərə uğrayıb.

“Report” xəbər verir ki, “National Science Review” jurnalında dərc olunmuş bir qrup çinli tədqiqatçının məqaləsinə görə, virusun fəallığı ilə seçilən L və S növünün ortaya çıxdığı, bunlardan birincisinə 70 faiz, ikincisinə 30 faiz rast gəlindiyi göstərilir.

Həmçinin COVİD-19 virusunun 103 genomunu təhlil edən müəlliflər əksəriyyəti son vaxtlar baş verdiyi 149 dəyişikliyi aşkarlayıblar.

Yazı müəlliflərinin fikrincə, virusun daha sürətlə yayılan L növü insan müdaxiləsi nəticəsində daha çox dəyişikliyə uğradığı halda daha köhnə olan S növü insan müdaxiləsinə az uğradığına görə nisbətən az yayılır: “Təhlilimizə görə S növü çox güman ki, COVİD-19-un ilkin variantıdır. Apardığımız tədqiqatlar insan müdaxiləsi nəticəsində L və S növləri arasında yayılma nisbətinin dəyişdiyi ehtimalını təsdiqləyir”.

Son xəbərlər

Orphus sistemi