Yeni koronavirus Çində yayılmağa başlayandan indiyədək xeyli dəyişikliklərə uğrayıb.
“Report” xəbər verir ki, “National Science Review” jurnalında dərc olunmuş bir qrup çinli tədqiqatçının məqaləsinə görə, virusun fəallığı ilə seçilən L və S növünün ortaya çıxdığı, bunlardan birincisinə 70 faiz, ikincisinə 30 faiz rast gəlindiyi göstərilir.
Həmçinin COVİD-19 virusunun 103 genomunu təhlil edən müəlliflər əksəriyyəti son vaxtlar baş verdiyi 149 dəyişikliyi aşkarlayıblar.
Yazı müəlliflərinin fikrincə, virusun daha sürətlə yayılan L növü insan müdaxiləsi nəticəsində daha çox dəyişikliyə uğradığı halda daha köhnə olan S növü insan müdaxiləsinə az uğradığına görə nisbətən az yayılır: “Təhlilimizə görə S növü çox güman ki, COVİD-19-un ilkin variantıdır. Apardığımız tədqiqatlar insan müdaxiləsi nəticəsində L və S növləri arasında yayılma nisbətinin dəyişdiyi ehtimalını təsdiqləyir”.