Sevastopolda qədim gəminin qalıqları tapılıb

Sevastopolda qədim gəminin qalıqları tapılıb Bakı. 21 fevral. REPORT.AZ/ Krımın qədim Roma tarixi dövründə, indiki Sevastopol sahilində eramızın II-III əsrlərində batmış gəminin qalıqları Belbek çayının dibində arxeoloqlar tərəfindən sudan çıxarılıb.
Maraqlı
21 Fevral , 2018 03:45
Sevastopolda qədim gəminin qalıqları tapılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Krımın qədim Roma tarixi dövründə, indiki Sevastopol sahilində eramızın II-III əsrlərində batmış gəminin qalıqları Belbek çayının dibində arxeoloqlar tərəfindən sudan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun sualtı arxeoloji ekspedisiyasının başçısı Viktor Lebedinski TASS-a bildirib.

Lebedinskinin sözlərinə görə, əməliyyatın gedişatında suyun dibindən iki lövbər və s. əşyalar çıxarılıb. Bu əşyalar eramızın II-III əsrinə aiddir.

Bütün tapıntılar Sevastopol Dövlət Universitetinin Dəniz Tədqiqatları və Texnologiyalar Mərkəzinə aparılıb. Orada alimlər artefaktları öyrənəcəklər. 

Tədqiqatçılar aşkarlanmış hissələrin saxlanılması üçün xüsusi məhluldan istifadə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi