​Salyan sakini qeyri-adi motosikl düzəldib - FOTO

​Salyan sakini qeyri-adi motosikl düzəldib - FOTO Yeni motosiklə “Vaz-2106” mühərriki, “Niva”nın sürət qutusu quraşdırılıb
Maraqlı
482
15 May , 2016 16:28
​Salyan sakini qeyri-adi motosikl düzəldib - FOTO

Bakı. 15 may. REPORT. AZ / Salyanda qeyri-adi motosikl görənlərin böyük marağına səbəb olub. “Report” xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 39 yaşlı Xalıq Abbasov həmkəndlisi Elnur Hümbətovla birgə özünə məxsus motosikldə ciddi dəyişiklik edərək yeni avtomobil düzəldib. 

Belə ki, yeni motosiklə “Vaz-2106” mühərriki, “Niva”nın sürət qutusu, “Moskviç” diferi və kuzov quraşdırılıb.

Motosiklin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə motosikl təkəri birləşdirlib. Xalıq Abbasov 18 gündə araya-ərsəyə gətirilən motosikldən yalnız təsərrüfat işlərində istifadə edir. 

300 kiloqrama yaxın ağırlığı olan yeni motosikl 2 tona yaxın yük götürmək qabiliyyətinə malıkdir. 

O, “Vaz-2106” markalı avtomobil kimi saatda 180 kilometr məsafəni qət edə bilir. 

Son xəbərlər

Orphus sistemi