​Rusiyada su altında qalan zooparkda heyvanların təxliyəsi bərpa olunub - VİDEO

​Rusiyada su altında qalan zooparkda heyvanların təxliyəsi bərpa olunub - VİDEO Onlar yaxınlıqdakı sirkin binasına daşınır
Maraqlı
2 Sentyabr , 2015 05:23
​Rusiyada su altında qalan zooparkda heyvanların təxliyəsi bərpa olunub - VİDEO

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın Ussuriysk şəhərində su basmış zooparkdan heyvanların xilas edilməsi üzrə ötən gün dayandırılan əməliyyat bərpa olunub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorye üzrə İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumata görə, ötən gün axşam "Mi-26" tipli vertolyot şirin olduğu qəfəsi təhlükəsiz zonaya aparıb. Qaranlıq düşdüyündən təhlükəsizlik məqsədi ilə heyvanların təxliyəsi dayandırılıb.

Zoopark sakinlərinin vəziyyəti baytarların nəzarəti altındadır. Heyvanların həyatı üçün heç bir təhlükə yoxdur. Onlar yaxınlıqda yerləşən sirkin binasına daşınırlar.

"Yaşıl ada" özəl heyvanat parkı avqustun 30-da su altında qalıb. Bir neçə heyvan suda boğularaq ölüb. "Canlılarla sərt davranma" maddəsi üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi