Rusiya Patriarxı Kirill cinsi azlıqlardan nümunə götürməyə çağırıb

Rusiya Patriarxı Kirill cinsi azlıqlardan nümunə götürməyə çağırıb Pravoslav kilsəsinin rəhbəri Ümumdünya rus xalq yığıncağının rəyasət heyətinin ekspertləri qarşısında çıxış edib
Maraqlı
6 Noyabr , 2014 23:30

Bakı. 6 noyabr. REPORT.AZ/ Moskva və Bütün Rusiyanın Patriarxı Kirill hesab edir ki, Ümumdünya rus xalq yığıncağı "rəsmi görüş yeri"nə çevrilməməlidir.

Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Ümumdünya rus xalq yığıncağının rəyasət heyətinin ekspertləri qarşısında çıxışı zamanı bildirib.

Patriarx kilsəyə gələnləri LQBT fəallarından nümunə götürməyə çağırıb.

"Biz fəal olmalıyıq, heç olmasa LQBT müdafiəçilərinin malik olduğunun yarısı qədər. Əgər bizim işimiz yerli hakimiyyətdən asılı olan - qubernatorun bütün prosesi idarə etdiyi yığıncaqlarla məhdudlaşacaqsa, o zaman biz rəsmi, lakin az effektli tədbirlər keçirtmiş olacağıq", – deyə Rusiya Pravoslav Kilsəsinin rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi