Ronald Reyqan haqqında serial çəkilir

Ronald Reyqan haqqında serial çəkilir Çəkilişdə keçmiş dövlət başçısının qızı Petti Devis də iştirak edir.
Maraqlı
1 Dekabr , 2017 04:17
Ronald Reyqan haqqında serial çəkilir

Bakı. 1 dekabr. REPORT.AZ/ Aktyor və ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan haqqında serial çəkilir.

"Report"un məlumatına görə, bu barədə "The Hollywood Reporter" xəbər verib.

Xəbərdə bildirilir ki, layihə ilə "USA Network" məşğuldur. Çəkilişdə keçmiş dövlət başçısının qızı Petti Devis də iştirak edir.

Hələlik seriala hər hansı ad qoyulmayıb. Lakin məlumdur ki, teleşouda Reyqanın necə xilaskar və aktyor olması, onun prezidentliyi dövründə hansı uğurların və məğlubiyyətin olması nümayiş etdiriləcək.

Serialda həmçinin artist-siyasətçinin şəxsi həyatına da diqqət ayrılacaq. Bu, Reyqan haqqında onun ailə üzvünün iştirakı ilə yaradılan ilk layihədir.

Son xəbərlər

Orphus sistemi