Raul Kastro Barak Obamanın əli ilə onun çiyninə vurmasına imkan verməyib – VİDEO

Raul Kastro Barak Obamanın əli ilə onun çiyninə vurmasına imkan verməyib – VİDEO Kuba lideri ABŞ prezidentinin əlini yuxarı qaldıraraq havada saxlayıb
Maraqlı
243
23 Mart , 2016 08:45
Raul Kastro Barak Obamanın əli ilə onun çiyninə vurmasına imkan verməyib – VİDEO

Bakı. 23 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastronun Havanada keçirilən mətbuat konfransı birmənalı jestlə yekunlaşmayıb.

“Report” xəbər verir ki, konfransın sonunda Obama sol əli ilə Kuba liderinin çiyninə vurmaq istəsə də, Kastro amerikalı həmkarının əlini tutaraq buna imkan verməyib və yuxarı qaldıraraq havada saxlayıb.

Barak Obama 21-22 mart tarixlərində Kubaya tarixi səfər edib. Amerika liderləri artıq 90 il idi ki, bu ölkədə səfərdə olmurdular.

Son xəbərlər

Orphus sistemi