Qədim çini qab hərracda 4 milyon avroya satıldı - FOTO

Qədim çini qab hərracda 4 milyon avroya satıldı - FOTO Fransanın Burj şəhərində keçirilən hərracda 18-ci əsrə aid, Çin imperatoru Tsyanluna məxsus olan çini qab satılıb.
Maraqlı
7 Mart , 2020 17:36
Qədim çini qab hərracda 4 milyon avroya satıldı - FOTO

Fransanın Burj şəhərində keçirilən hərracda 18-ci əsrə aid, Çin imperatoru Tsyanluna məxsus olan çini qab satılıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” “France Bleu” radiostansiyana istinadən məlumat verib.

Mütəxəssislər lotu, təxminən, 1-2 milyon avro dəyərində qiymətləndirsələr də, Çindən olan alıcı çini qab üçün 4,1 milyon avro təklif edib.

Radiostansiyanın məlumatına görə, daha əvvəl qab fransız ailəsinə məxsus olub.

Qeyd olunur ki, belə çini vazalar cüt şəkildə hazırlanıb. Bu qabın ikinci nüsxəsi 13 il əvvəl Böyük Britaniyada 4 milyon avroya satılıb.

Son xəbərlər

Orphus sistemi