Qazi ilə ailə quran paralimpiyaçı: "Onunla təsadüf nəticəsində tanış olmuşuq"

Qazi ilə ailə quran paralimpiyaçı: "Onunla təsadüf nəticəsində tanış olmuşuq" “Yoldaşım hərbçidir. O həm aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır”.
Maraqlı
7 İyun , 2021 17:43
Qazi ilə ailə quran paralimpiyaçı: Onunla təsadüf nəticəsində tanış olmuşuq
Vaqif Babazadə və Vüsalə Kərimova

“Yoldaşım hərbçidir. O həm aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır”.

Bu fikirləri “Report”a açıqlamasında paralimpiyaçı Vüsalə Kərimova həyat yoldaşı, Vətən müharibəsi veteranı Vaqif Babazadə ilə tanışlığından danışarkən deyib.

Onun sözlərinə görə, V.Babazadə ilə bir neçə ay əvvəl təsadüf nəticəsində tanış olublar: "Mən yoldaşımın xalası qızı ilə birgə işləmişəm. Tanışlığımızda onun rolu böyükdür. O, əvvəl Ağdamda işləyib, indi isə Goranboyda xidmət edir. Hazırda məzuniyyətdədir. Məzuniyyəti bitdikdən sonra isə Goranboya qayıdacaq. Mənim onunla rayona gedib-getməyəcəyim isə hələlik məlum deyil”.

Yenicə ailə quran V.Kərimova karantin bitdikdən sonra təmtəraqlı toy mərasimi keçirməyəcəklərini bildirib: “Doğrusu, biz sadəliyə üstünlük verən insanlarıq. Ailə daxilində kiçik yığıncaq da etmişik. Karantin bitdikdən sonra da təmtəraqlı toy etmək fikrimiz yoxdur”.

Qeyd edək ki, bu günlərdə paralimpiyaçı Vüsalə Kərimova ilə Vətən müharibəsi qazisi Vaqif Babazadə ailə həyatı qurub. Cütlüyün izdivacı hər kəsin marağına səbəb olub. V.Kərimova əvvəllər güllə atıcılığı, qılıncoynatma ilə məşğul olub. O, Para-Dans Sport üzrə Dünya Kubokunun sahibidir.

Xatırladaq ki, Vaqif İlkin oğlu Babazadə İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Ağdamın azad olunmasına görə”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi