İspaniyada 15 yaşlı oğlan lotereyada 200 min avro udub - VİDEO - FOTO

İspaniyada 15 yaşlı oğlan lotereyada 200 min avro udub - VİDEO - FOTO Bakı. 6 yanvar. REPORT.AZ/ İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
Maraqlı
6 Yanvar , 2019 22:30
İspaniyada 15 yaşlı oğlan lotereyada 200 min avro udub - VİDEO - FOTO

Bakı. 6 yanvar. REPORT.AZ/ İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.

"Report" xəbər verir ki, bu barədə TASS, "El Pais" qəzetinə istinadən bildirib.

Yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilsin, yeni mobil telefon alım və ya pulu kiçik mənzilə (mənzil alım-red) qoyum", - deyə o etiraf edib.

Hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Onun keçirilməsi tarixi ölkədə qeyd edilən Xaçı suyuna salınma bayramı ilə üst-üstə düşür.

Daha əvvəl Kanada sakini "Milad" cekpotunda 44 milyon dollar qazanıb.

Son xəbərlər

Orphus sistemi