Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqatlar başlayıb

Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqatlar başlayıb Cəlilabadın Cəfərxanlı kəndində yerləşən Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqatlar başlayıb.
Maraqlı
20 İyun , 2024 19:38
Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqatlar başlayıb

Cəlilabadın Cəfərxanlı kəndində yerləşən Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqatlar başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, tədqiqatlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri, t.e.d Vəfa Mahmudova tərəfindən aparılır.

V.Mahmudovanın sözlərinə görə, abidədən keçən mövsümdə qeydə alınan daş artefaktların trasoloji analizinin nəticələri Muğanın erkən əkinçilik mədəniyyəti tayfalarının daha inkişaf etmiş bir qədər fərqli ənənələrə malik olduğunu göstərir və bu il daha maraqlı və qiymətli tapıntılar gözlənilir.

Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni 9 min əvvələ aid edılir.

Əvvəllər burada neolit dövrünə aid saxsıdan, sümükdən və dəvəgözü daşından hazırlanmış çoxsaylı məişət, bəzək əşyaları üzə çıxıb.

Bundan başqa, bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkar edilib.

Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi