Parisli taksi sürücüsü 1,5 milyon avro dəyərindəki fotonu sahibinə qaytarıb

Parisli taksi sürücüsü 1,5 milyon avro dəyərindəki fotonu sahibinə qaytarıb Söhbət Luço Fontananın "Concetto spaziale" seriyasından olan 1965-ci ilin fotosundan gedir
Maraqlı
3 May , 2017 12:45
Parisli taksi sürücüsü 1,5 milyon avro dəyərindəki fotonu sahibinə qaytarıb
Le Figaro

Bakı. 3 may. REPORT.AZ/ Parisli taksi sürücüsü sahibinin avtomobildə unutduğu 1,5 milyon avro dəyərindəki fotonu onun özünə qaytarıb.

"Report" UPI-yə istinadən xəbər verir ki, daha öncə art-dilerin italyan rəssam Luço Fontananın əl işi olan əsəri avtomobildə unutduğu məlum olub. Məlumata görə, məşhur qalereyaçılar ailəsinin varisinin başı zəngə cavab verməyə qarışdığından fotonu götürməyi unudub.

Art-diler yardım üçün polisə müraciət edib. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, taksi sürücüsü şəkli geri qaytarıb.

Söhbət L.Fontananın "Concetto spaziale" seriyasından olan 1965-ci ilin fotosundan gedir.

Son xəbərlər

Orphus sistemi